Culfa yanğın qatarında yanğın təhlükəsizliyi ilə bağlı məşğələ kеçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyəti Cəmiyyətinin 11 saylı Culfa yanğın qatarı ilə əməli məşğələ keçirilib.

Bu barədə Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.  “Dəmiryоl оbyеktlərində baş vеrə biləcək yanğınların söndürülməsi zamanı yanğın qatarının fəaliyyəti” mövzusundakı əməli məşğələdə 11 saylı Culfa yanğın qatarının 17 nəfər şəxsi heyəti və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin rəhbərliyi iştirak edib.

Məşğələnin keçirilməsində məqsəd dəmiryol obyektlərində baş verə biləcək yanğınlara çevik reaksiyanın verilməsi üzrə Culfa yanğın qatarının hazırlığını yoxlamaq, şəxsi heyətdən yanğın-xilasetmə hazırlığı üzrə normativlər qəbul etmək, eləcə də dəmiryol obyektlərində şərti baş vermiş yanğınların söndürülməsi zamanı şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirməkdən ibarət olub.

Qeyd edilib ki, muxtar respublikanın potensial təhlükəli obyektlərində bu cür təlimlərin keçirilməsi davam etdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: