Naxçıvanda əhaliyə kefiyyətli içməli su verilir - FOTOLAR
Muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması yönündə tədbirlər davam etdirilir, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada 2020-ci ilin yanvar-iyun aylarında meliorasiya tədbirləri uğurla həyata keçirilib. Subartezian quyularının 25-nə yeni nasos quraşdırılıb, 366-sı təmir olunub. 5 kəhriz bərpa edilib. Hazırda isə 5 kəhrizdə təmir-bərpa işləri görülür.
2020-ci ilin ötən dövründə əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri görülüb. Suvarma tədbirləri də diqqətdə saxlanılıb. Yeni suvarma boruları çəkilib. Bundan başqa su itkisinin qarşısının alınması məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilərək əhalinin istifadəsinə verilib.
Qeyd edək ki, muxtar republikada son illərdə bir sıra vacib addımlar atılması, genişmiqyaslı layihələrin həyata keçiriliməsinin müsbət nəticəsidir ki, əhali fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunur.
Röyal Kərimov