Borc müqaviləsi hansı halda yazılı formada bağlanmalıdır?

A- A A+

Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müqavilələr şifahi və yazılı (sadə və notarial) formada bağlanır.  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  verilən məlumata görə borc müqaviləsi də müqavilənin bir növü olduğundan onun da şifahi və yazılı (sadə və notarial) formada bağlanmasına yol verilir. Amma qanunverici orqan burda bir istisna hal nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (Borc müqaviləsi predmetinin məbləği əgər pul və ya qiymətli kağız deyilsə, müqavilənin bağlandığı an həmin predmetin dəyəri orta bazar qiyməti ilə müəyyən olunur).Əgər tərəflər sözügedən normaya əməl etməyərək yazılı formada bağlanan müqaviləni şifahi formada bağlayarlarsa, həmin müqavilə ilə də bağlı gələcəkdə hər hansı bir mübahisə yaranarsa, onda qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl edilmədiyi əsasına görə müqavilə bağlanmamış hesab oluna bilər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: