NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin müəllimi və Universitet xəstəxanasının həkim – oftalmoloqu Rəhmiyyə Əliyevadır.
Londonda nəşr olunan “About the possibility of treatment COVID-19 with azithromycin and rifampicin” adlı elmi məqalədə COVID-19 xəstəliyinin azitromisin və rifampisin dərmanlarının tətbiqi ilə müalicəsinin məqsədəuyğunluğu göstərilir.
Qeyd edək ki, məqalə “European Research: Innovation in Science, Education and Technology” mövzusunda LXV Beynəlxalq elmi və praktik konfrans üçün nəzərdə tutulub.