Şərur rayonunda vətəndaşlara səyyari xidmət göstərilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu Şərur rayonunda olublar. Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, xidmət zamanı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə, dövlət ümumi təhsil müəssisələrinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə vətəndaşlara qeydiyyatdan keçməkdə operativ köməklik edilib.

Gün ərzində 49 vətəndaşa səyyari xidmət göstərilib.

Qeyd edək ki, bu layihə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilir. Xidmətin növbəti ünvanı 24 iyul 2020-ci il tarixdə Ordubad rayonu olacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: