Heyvanlar üzərində təcrübə məhdudiyyətləri koronavirus əleyhinə vaksinin hazırlanmasında İspan alimlərinə maneə olur

A- A A+

Heyvanlar üzərində təcrübə aparan ispan alimləri çoxsaylı məhdudiyyətlərdən şikayətlənirlər.

NUHÇIXAN İnformasiya Agentliyi İspaniya KİV-lərinə istinadla xəbər verir ki, mövcud qaydalar COVID-19 əleyhinə effektiv vaksinin hazırlanmasına mane olur. “Bizim eksperiment aparmaq üçün heç siçovullarımız da yoxdur”, - deyə yerli mətbuat orqanları Valyadolid Universitetinin farmakologiya professou Valyadolid Luis Martin Ariasdan sitat gətirirlər.

Professor qeyd edir ki, qanunların elə də ciddi olmadığı ölkələr bu istiqamətdə daha sürətlə irəliləyirlər. O, Çini və ABŞ-ı buna nümunə göstərib. Onun sözlərinə görə, vaksinin tapılması İspaniyanın digər ölkələrdən asılı olmasına gətirib çıxaracaq.

Professor bildirib ki, laboratoriyalar üçün genetik kodu insana ən yaxın olan heyvanlar lazımdır. Meymunlara gəldikdə, onların üzərində təcrübə aparmaq 2013-cü ildə imzalanmış fərmanla tamamilə qadağan olunub. Laboratoriya siçanları isə İspaniyada faciəli dərəcədə çatışmır. İspaniya şəkli dəyişdirilmiş siçanlar satan xarici laboratoriyalarda növbədə dayanıb.

Alimin sözlərinə görə, elmi sınaqların çoxu məhz bu səbəbdən dondurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: