NDU-da Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyi qeyd olunub - FOTOLAR
Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, mətbuatımızda milli jurnalistika ənənələri qorunub saxlanılır, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsü rolunu oynaya bilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetində baş tutan “Azərbaycan Milli Mətbuatı – 145” adlı onlayn konfransda rektor Elbrus İsayev deyib. Rektor ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, universitetin Media Mərkəzində tələbələrin peşəkar jurnalist kimi yetişməsi, nəzəri biliklərin praktik tətbiqinə nail olunması üçün hər cür şərait vardır.
“Milli mətbuatın inkişaf tarixi” adlı çıxışında Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva bildirib ki,
“Yeni Fikir” qəzetinin nəşr olunması, Universitet televiziyasının, “Nuhçıxan” radiosunun və “Qeyrət” nəşriyyatının fəaliyyət göstərməsi, Media Mərkəzinin yaradılması universitetin elmi, sosial və mədəni həyatı üçün mühüm əhəmiyyət kəsb edir
Kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Milli mətbuat tariximizdə Naxçıvanlı ziyalıların ilk uğurları” adlı çıxışında ilk jurnalistlərdən hesab edilən İsa Sultan Şahtaxtlının “Əkinçi” ilə əlaqələrinə toxunub və qəzetdən bir sıra nümunələr səsləndirilib. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyevanın “Naxçıvan Dövlət Universiteti Media Mərkəzinin fəaliyyəti”, “Qeyrət” nəşriyyatının direktoru Samir Tarverdiyevin “Naxçıvan Dövlət Universitetində dövri mətbu nəşrlər”, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri komitəsi Ədəbi-bədii verilişlər redaksiyasının baş redaktoru Məmməd Babayevin “Naxçıvanda bölgə mətbuatı tarix və müasirlik” adlı çıxışları dinlənilib.
Səadət Əliyeva