Ağdamın işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verilib - FOTOLAR
Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 23 iyul - Azərbaycanın Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, aksiya çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi portalı (www.virtualkarabakh.az), “YouTube” kanalında (www.youtube.com/virtualkarabakhtv) və rəsmi “Facebook” səhifəsində (www.facebook.com/virtualkarabakh/) Ağdam rayonu və onun işğalının acı nəticələri ilə bağlı təqdim olunan məlumatların, infoqrafikaların, filmlərin, digər foto və video materialların gənclərin fəal iştirakı ilə müxtəlif sosial şəbəkələrdə paylaşılması həyata keçiriləcək.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış “Aghdam - virtual visit / Ağdam - virtual səyahət” 3 D qrafik təsvirli filmlə aşağıdakı link vasitəsilə tanış olmaq olar.
https://www.youtube.com/watch?v=L_LpMBp2uxU
Aksiya zamanı aşağıdakı həştəqlərdən istifadə olunacaq:
#Azerbaijan #Ağdam #Ağdamsız27il #Aghdam #27yearswithoutAghdam #Агдам #Karabakh #Qarabağ #Карабах #KarabakhConflict #Knowarmenia #STOParmenia #stoparmenianagression #NKpeace #StopArmenianOccupation #ArmenianTerrorists #JusticeForInternationalLaw #armenianvandalism #KarabakhNow #armenia #армения #armeniaNow #OSCE #OSCEMG #ARGİN #MYS #virtualkarabakh #AllforKarabakh.