İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin yeni internet saytı istifadəyə verildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin yeni internet saytı müasir proqram təminatı və yeni tərtibatda hazırlanaraq istifadəyə verilib.
Tədbirdə Mərkəzin direktoru Turqut Əsədov bildirib ki, mərkəzin internet saytı müasir proqram təminatı və tərtib olunmuş alqoritim əsasında yenidən hazırlanaraq istifadəyə verilib.
Yenilənmiş saytın əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir. nakinternet.az adı ilə fəaliyyət göstərən yeni sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib və yeni modullar əlavə edilib.
Sonra mərkəzin əməkdaşı Şahin İsmayılov yenilənən internet saytını təqdim edib. Bildirilib ki, sayt 6 bölmə, 17 alt bölmə və 16 moduldan ibarətdir. Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün mərkəzin ünvanı, əlaqə telefonu və elektron poçt ünvanı yerləşdirilib.
Həmçinin vətəndaşların sorğularının cavablandırılması və göstərilən xidmətlər haqqında məlumatlandırılması üçün 116 “Qaynar Xətti” yaradılıb. Onu da qeyd edək ki, mərkəzə elektron formada müraciət etmək üçün “Elektron müraciət” bölməsi də yaradılıb
Mahmud Hüseynov