Ekologiyanı qorumaq hər birimizin borcudur

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyni adlı onlayn məşğələ Ekoloji Tərbiyə Mərkəzində keçirilib.

Təhsil Nazirliyinin təşkilatçılığı baş tutan məşğələnin keçirilməsində məqsəd  məktəblilərdə təbiətə məhəbbət hissi aşılamaq və onların ekoloji biliklərini artırmaqdır.

Məşğələdə muxtar respublikanın flora və faunasının mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında dərnək üzvlərinə ətraflı məlumat verilib.Qeyd edilib ki, əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin 0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm  20 faiz təşkil edir. Bu sahədə görülən işlər məktəblilərdə təbiətə məhəbbət hissinin formalaşmasına stimul yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: