Muzeylərdən Naxçıvan Televiziyasının canlı yayım ekskursiyaları davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti ekskursiya Azərbaycanın dahi şairi və dramaturqu Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev-Muzeyindən təşkil olunub.
Bələdçi əvvəlcə muzey haqqında məlumat verib. Qeyd edib ki, muzey 1984-cü ildə fəaliyyətə başlayıb. Muzeyin ekspozisiyası giriş və 5 otaqdan ibarətdir. Muzeyin fondunda 9 mindən artıq eksponat cəmlənmişdir ki, bunlardan 500-ə yaxını muzey ekspozisiyasında nümayiş olunur.
Bir saata yaxın davam edən onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Adilə Səfərova