Naxçıvanda istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı ölkə üzrə ən yüksək göstəricidir

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan  Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Belə ki, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.

Sənaye məhsulu istehsalının 96,3 faizi malların, 3,7 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2 faiz təşkil edibdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

2020-ci ilin ilk yarımilində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 46 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: