Nağdsız ödəyin, hədiyyə qazanın! - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on üçüncü tirajının qalibləri müəyyənləşib. Naxçıvan Biznes Mərkəzində bu ilin yanvarın 1-dən iyulun 1-dək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, aparılan işlər nəticəsində nağdsız ödənişlərin əsas vasitələrindən olan POS-terminal aparatlarının sayı muxtar respublika üzrə iyulun 1-ə qədər olan tarixədək 1310-a çatdırılıb. Çıxışlardan sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, analoji tədbirlər muxtar respublikanın bütün rayonlarında keçirilib. Ümumilikdə həvəsləndirici tədbirin 13-cü tirajında muxtar respublika üzrə 426 şəxs 25 min manat dəyərində hədiyyələrlə mükafatlandırılıb.
Ərhan Novruzov