Naxçıvan şəhərinin Tumbul kəndində dezinfeksiya işləri aparıldı - FOTOLAR

A- A A+

Muxtar respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işləri davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Tumbul kəndində tibbi-profilaktik və dezinfeksiya işləri görülüb. Qabaqlayıcı tədbirlər çərçivəsində kəndlərin  daxili yolları, səkilər, kənd mərkəzləri, insanların sıx toplaşdığı yerlər və ətraf ərazilər xüsusi məhlullarla dezinfeksiya edilib.

Qeyd edək ki, muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dezinfeksiya işlərinin davam etdirərək ümumilikdə, 35 min kvadratmetr yol və səkiləri dezinfeksiya ediblər.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: