Naxçıvanda boccia ilə məşğul olan sağlamlıq imkanları məhdud şəxslər üçün onlayn seminar keçirildi - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Paralimpiya  Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun iştirakı ilə muxtar respublika bocciaçıları ilə onlayn formatda görüş keçirilib.

Sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil edilməsi və idman bacarıqlarının inkişaf etdirilməsi üçün təşkil olunan görüşdə paralimpiyaçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: