Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 27-30-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.
İyulun 27-28-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, ayın 29-dan 31-dək isə əksər bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə 5-7° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.