Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkasına 75 ton məhsul çıxarılıb - FOTOLAR

A- A A+

Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya muxtar respublikamızın ayrı-ayrı rayonlarından 75 tondan artıq 21 istehsal müəssisəsi və 265 ailə təsərrüfatçısı tərəfindən 48 növdə 275 çeşiddə keyfiyyətli məhsullar çıxarılıb. Mövsümlə əlaqədar daha çox gündəlik ərzaq və tələbat malları, xüsusilə də kənd təsərrüfatı məhsulları çoxluq təşkil edib.

Yarmarkada sənaye mallarının satışı üçün bölmə  yaradıldıqdan sonra satış yerlərinin sayı 395-ə çatdırılıb. 

Sənaye bölməsində muxtar respublikada müxtəlif dövlət və özəl qurumlar tərəfindən  istehsal olunan ərzaqlar, ət və ət məhsulları, mineral sular və digər məhsullar satışa çıxarılır.

Yarmarka növbəti həftələrdə də davam etdiriləcək.

 

                                                  Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: