Gənclər Şərurda ekskursiyada olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, gənclərin Şərur rayonundakı "Parçı imamzadəsi" və Arpaçay vadisinə ekskursiyası təşkil edilib. Ekskursiyada Naxçıvan şəhərinin mədəniyyət müəssisələrində çalışan gənclər iştirak edib.
Ziyarətçilər ilk olaraq rayonun Xanlıqlar kəndindəki “Parçı imamzadəsi"ndə olublar. Məlumat verilib ki, o, XVI əsrə aid tarixi abidədir. 1928-ci ildə tədqiqatçılar kompleksdə mövcud kitabədə ərəb əlifbası ilə “ İbrahim Musa oğlu” yazıldığını müəyyənləşdiriblər. Yerli əhalinin fikrincə, məzar yeddinci imam Museyi Kazımın oğlu İbrahimə məxsusdur.
Ekskursiyanı Arpaçay Su Anbarında davam etdirən gənclərə bildirilib ki, Gümüşlü kəndinin ərazisində yaradılan su anbarı 1977-ci ildə istifadəyə verilib. Burada quraşdırılan elektrik stansiyası rayonun iqtisadiyyatı üçün enerji təhlükəsizliyində mühüm rol oynayır.
Gülməmməd Əliyev