ABŞ-ın media platformasında erməni daşnaklarının vəhşiliklərindən bəhs edən məqalə dərc olunub

A- A A+

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin bu şəhərdə erməni daşnaklarının azərbaycanlı icmasının üzvlərinə qarşı həyata keçirdiyi zorakılıq və vəhşiliklərlə bağlı məqaləsi ABŞ-ın "Medium" onlayn media platformasında dərc olunub.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, məqalədə N.Ağayev hadisə haqqında ətraflı bəhs edib. Bildirib ki, ölkəmizin Los-Ancelesdəki baş konsulluğu qarşısında aksiya keçirən erməni daşnakları Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətinə, eləcə də ölkəmizə qarşı həyata keçirdiyi son hərbi təxribatına etiraz edən 50-yə yaxın həmyerlimizə hücum edərək, onlardan bir neçəsinə xəsarət yetiriblər. Diqqətə çatdırıb ki, hazırda polis hadisəni nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır.

N.Ağayev qeyd edir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu zorakı qrupa rəhbərlik etməklə öz aqressiv və radikal daşnak ideologiyasının əsl simasını hər kəsə nümayiş etdirib.

Baş konsul dünyanın iki ən böyük yəhudi təşkilatı olan, Los-Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin, eləcə də ABŞ-da yaşayan 250 min israillini birləşdirən İsrail Amerikalıları Şurasının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir, onların açıqlamalarından sitatlar gətirir.

Baş konsul Los-Ancelesdə fəaliyyət göstərən bütün digər icmalara, dini liderlərə və seçkili orqanların rəhbərlərinə müraciət edərək, onları nifrət zəminində törədilmiş bu cinayəti qınamağa çağırır, bu cür davranışların müasir günümüzdə və gələcəyimizdə yeri olmadığını dilə gətirir.

O, həmçinin qeyd edir ki, ABŞ-da doğulmuş və Los-Anceles kimi multikultural şəhərdə böyümüş gənc erməni daşnaklarının nümayiş etdirdikləri yüksək aqressivlik onların əhatə olunduğu, daim nifrət və düşmənçilik aşılayan mühitin mövcudluğundan xəbər verir. Bu da istənilən icma və gələcək nəsillər üçün olduqca zərərli bir haldır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: