Naxçıvan şəhərində bu gün 2 milyon kvadratmetrdən çox ərazi dezinfeksiya edildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Səhərin erkən saatlarından etibarən Naxçıvan şəhərinin avtomobil yolları dərmanlanıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri Naxçıvan Beynəlxalq Hava Limanına gedən yolunu, Heydər Əliyev prospektini, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, Topçubaşov, İstiqlal, Nəsirəddin Tusi küçələrini, eləcə də Atabəylər, Əlincə, Babək məhəllələrini və digər ərazilər dezinfeksiya edilib.

Ümumilikdə, 2 milyon 400 min kvadratmetrdən çox ərazidə dezinfeksiya işləri aparılıb.                 

 Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: