Uzunoba çimərliyində bugünədək 12 min 570 nəfər vətəndaşın təhlükəsizliyi təmin edilib

A- A A+

Fövqəladə Hallar Nazirliyində 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda nazir general-leytenant Şamı Abdullayev 2020-ci ildə muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması,  yeraltı və yerüstü sərvətlərin yanğınlardan qorunması sahələrində görülən işlərdən danışıb.

Nazir bildirib ki, tədris dövrü ərzində Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində təşkil olunan ixtisasartırma kurslarında 14 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu iştirak edib və müvafiq sertifikatla təmin olunub.

Böhrаn Vəziyyətlərində İdаrəеtmə Mərkəzinin “112” qaynar xəttinin fasiləsiz fəaliyyəti təmin olunub, yanğın və digər xoşagəlməz hadisələrlə bağlı “112” qaynar xəttinə daxil olmuş məlumatlar müvаfiq tədbirlər görülməsi üçün nаzirliyin аidiyyəti qurumlаrınа ötürülüb.

Çimərlik mövsümündə Uzunoba çimərliyində bugünədək 12 min 570 nəfər vətəndaşın təhlükəsizliyi təmin edilib, suda boğulma təhlükəsi ilə üzləşən 15 nəfər xilas edilib. Su hövzələrində xilasetmə işlərinin səmərəliliyinin artırılması məqsədilə 1 ədəd “Yamaha” markalı skuter alınıb.

Muxtar respublikada koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə Nazirliyin şəxsi heyəti cəlb edilərək, ümumilikdə 8 milyon 445 min kvadrat metr sahədə yollar və səkilər, 254 ictimai yaşayış binasının zirzəmisi, 438 çoxmərtəbəli və 91 ədəd ikimərtəbəli ictimai yaşayış binasının girişləri və ətrafı dezinfeksiya olunub.

Muxtar respublika ərazisində radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 41 tibb müəssisəsində yоxlama keçirilib, tibbi personalla maarifləndirmə işi aparılıb, 16 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilib.

Muxtar respublika ərazisində yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 2020-ci ilin birinci yarısında 1104 obyektdə əsaslı, 1172 obyektdə nəzəri, 117 obyektdə isə məqsədli yoxlamalar aparılıb.

Yanğın təhlükəli 132 obyektdə və  758 qazanxanada  yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilmə vəziyyəti yoxlanılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: