NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Sədərək rayon İcra Hakimiyyətində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 6 ayın yekunları ilə bağlı keçirilən iclasda səsləndirilib.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı” çərçivəsində Sədərək rayonunda ardıcıl tədbirlər davam etdirilib.
Rayonda 2020-ci ilin məhsulu üçün 3 min 647 hektar sahədə əkin aparılıb. Kənd təsərrüafının və sahibkarlığı inkişaf üçün mühüm addımlar atılıb. Əhalinin sosial məsələlərinin həlli də diqqətdə saxlanılıb.
İcra başçısı onu da qeyd edib ki, 2020-ci ilin yanvar-iyul aylarında Sədərək rayonunda diri çəkidə 243 ton ət, 1086 ton süd, 946 min ədəd yumurta, 17,4 ton yun istehsal edilib. 2020-ci ilin birinci yarısı istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahədə qazanılmış bir sıra nailiyyətlərlə yadda qalıb.
Rayonda mədəniyyət, təhsil sahəsində görülən işlər diqqətdə saxlanılıb. Həyata keçirilən quruculuq işləri Sədərək rayonunu da əhatə edib.
Müşavirədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan tələblər və verilən tapşırıqlar müzakirə olunub və ikinci yarım il üçün iş planı təsdiq edilib.
Nurlana Əhmədova