Gömür kəndinin möcüzəvi bulaqları - VİDEO
Tanrı Nuhun torpağına min bir dərdin dərmanı olan mineral bulaqlar bəxş edib. Muxtar respublikada 250-dən çox mineral su mənbəyimiz var. Məhz buna görə də Naxçıvanı “mineral bulaqlar muzeyi” də adlandırırlar. Belə şəfaverici bulaqlardan biri də Şahbuz rayonunun Gömür kəndi ərazisində 2000 metr yüksəklikdə çağlayan, el arasında “Qotur su” adlandırılan bulaqdır.
Naxçıvan televiziyasının əməkdaşları mineral bulağın faydaları ilə bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Hafizə Əliyeva