Naxçıvanda dövlət vergi orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edilib

A- A A+

Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqəyə 20 vakant vəzifə çıxarılıb. Müsabiqədə Hüquqşünaslıq, İqtisadiyyat, Maliyyə, Mühasibat, Dövlət və bələdiyyə idarəetməsi, Statistika və davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə ali təhsilə malik, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 29 iyul 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə şəxsən müraciət edə bilərlər.

Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://dqmk.nmr.az/vergi_elan_29_07_2020.php                  

 

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: [email protected]

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: