2020-ci ilin birinci yarısı muxtar respublika təhsili üçün uğurlu dövr olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir  Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlər, 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.

İclasında  Təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sahəsində təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilib. Yeni məktəb binaları tikilərək istifadəyə verilib, Şərur rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Rayon Fizika -Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılıb.

Nazir qeyd edib ki, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə müəllimlər təltif olunub, təhsil və idman sahəsində fərqlənən 2 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülərək, adları gənc istedadların Qızıl kitabına  yazılıb.

Rəhman Məmmədov bildirib ki, muxtar respublikada gənc müəllimlərin işə qəbulu və peşəkarlıq səviyyələrinin artırılması da diqqət mərkəzində saxlanılıb. Belə ki, şahmatı tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiya imtahanı keçirilib və 18 müəllim ümumtəhsil məktəblərində şahmatı tədris etmək hüququ qazanıb. Muxtar respublikada mart ayının 4-dən etibarən Ali Məclis Sədrinin tapşırığına əsasən proqram üzrə dərslərin keçirilməsi məqsədilə sinif rəhbərləri tərəfindən gündəlik olaraq dərslər onlayn şəkildə şagirdlərə çatdırılıb.

Qeyd olunub ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə qəbul aparılıb, peşə hazırlığının təşkilinə dair seminarlar təşkil edilib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Təhsil naziri kollegiya iclasına yekun vuraraq bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Ali Məclisin Sədri Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyaraq deyib: Təhsil Nazirliyi növbəti tədris ilinə hazırlığı davam etdirməli, elektron və distant təhsil imkanları təkmilləşdirilməlidir. Muxtar Respublikanın təhsil işçiləri qarşıya qoyulan bu tapşırıqları rəhbərliyə alacaq və uğurla icrasına çalışacaqdır.

Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: