Şərurda sosial obyektlərin tikintisi, avtomobil yollarının yenilənməsi diqqətdə saxlanılır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şərur rayonunda 2020-ci ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı  keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov danışıb.

İcra başçısı bildirib ki, cari ilin ilk yarımilində Şərur şəhərində yaşayış binaları əsaslı təmir edilib, Muğancıq-Mehrab kəndində məktəb binası yenidən qurulub, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqələri tikilib və  digər infrastruktur layihələri həyata keçirilib. Həmçinin Naxçıvanbank ASC-nin Şərur Rayon Filialının inzibati binası, təqaüdçülər klubu tikilərək istifadəyə verilib. Bu müddət ərzində Şərur şəhərində mərasim evinin yenidən qurulması, Məmmədsabir-Muğancıq-Mehrab və Qarxun kəndlərini birləşdirən avtomobil yoluna asfalt örtüyünün salınması  işləri başa çatdırılıb. Şərur sənaye məhəlləsində müvafiq işlər görülüb. Hazırda  Saat və Bayraq meydanlarında inşaat işləri davam etdirilir. Şərur şəhəri ilə Naxçıvan-Sədərək magistralını birləşdirən avtomobil yolunun genişləndirilməsi, həmçinin Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kəndlərini birləşdirən avtomobil yoluna asfalt örtüyünün salınması, Püsyan-Təzəkənd yolunun və Yuxarı Daşarx kəndində Arpaçay yanacaqdoldurma məntəqəsinin əsaslı təmiri davam etdirilib. Əhalini içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatının və kanalizasiya  sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Cəlilkəndə içməli su verilib, Dizə kəndində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğu və 27 min kubmetr həcmində 3 su anbarı tikilib.

Kamal Cəfərov bildirib ki, 2020-ci ilin İxrac ili elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri genişləndirib. 

2020-ci ilin məhsulu üçün 4 min 865 hektar sahədə taxıl əkilib. Rayonda taxıl biçini optimal müddətlərdə başa çatdırılıb. Aparılan uğurlu ekoloji tədbirlər nəticəsində bölgədə yaşıllaşdırma tədbirləri zamanı 8,5 hektar sahədə yeni meyvə bağları salınıb. 

Əhalinin il boyu təzə və keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunması üçün 15 min 600 kvadratmetrlik müasir tipli istixana kompleksləri, istehsal olunan meyvə və tərəvəz məhsullarının tələbatdan artıq hissəsinin saxlanılması üçün ümumi tutumu 6 min 430 ton olan 19 soyuducu anbar  fəaliyyət göstərir.  

İcra başçısı qeyd edib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı görüləsi işlər diqqətdə saxlanılır.

        Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: