“Dini və milli bayramlarımızın gənclərin mənəvi tərbiyəsində rolu” adlı vebinar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində baş tutan vebinarda rektor Elbrus İsayev qeyd edib ki, xalqımız öz milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə həmişə hörmətlə yanaşır, bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Rektor müqəddəs bayram münasibətilə hər kəsi təbrik edib və ailələrə  cansağlığı, xoşbəxtlik,  bol ruzi-bərəkət arzulayıb.

Vebinarda çıxış edən Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev milli-mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini vurğulayıb, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. Vüqar Babayev “Naxçıvan” universitetində “Dinşünaslıq ixtisasında dərs deyən bir müəllim olaraq onu  da vurğulayıb ki, müasir gənclik hər zaman öz milli-mənəvi dəyərlərinə sahib çıxmalı, dinimizi məhz elmi-nöqteyi nəzərdən öyrənməyə çalışmalıdır.

Vebinarda müəllim və tələbələrin sualları cavablandırılıb.

                                                                                Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: