Naxçıvan şəhərində bu ilin birinci yarısında 413 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub - VİDEO
Naxçıvan Şəhər İcra Hakimiyyətində 2020-ci ilin birinci yarısında Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov müşavirədə çıxış edib.
Naxçıvan televiziyasının əməkdaşları keçirilən müşavirə ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi müşavirədən hazırlanan videomaterialı təqdim edir:
Əbülfəz Dünyamalıyev