Muxtar respublikada sosial qayğıya ehtiyacı olanlara diqqət artırılır - FOTOLAR

A- A A+

İyul ayında muxtar respublika üzrə, ümumilikdə 18 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 14 nəfərə  yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə mini yerşumlayan aqreqat və  1 nəfərə isə dərzi avadanlıqları verilib. Proqrama cəlb olunan şəxslərdən 2 nəfərini gənclər təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkşafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb. Özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Daha sonra proqrama cəlb edilmiş sakinlərə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: