2020-cu ilin ötən dövründə Şahbuz rayonunda quruculuq tədbirləri davam etdirilib

A- A A+

Ötən altı ayda “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib. Şahbuz şəhərində çoxmənzilli yaşayış binasında, Ağbulaq Xizək Mərkəzində, həkim ambulatoriyasında son tamamlanma işləri görülür. Kükü, Keçili, Badamlı kəndlərində mərasim evlərinin  tikintisi  başa  çatdırılıb. Külüs kəndində isə yeni mərasim evi inşa olunur. Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində qapalı suvarma sisteminin, Külüs kəndində isə yeni nasos stansiyasının tikintisi davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri 2020-cı ilin  birinci  yarımilinin yekunlarından danışan Şahbuz  Rayоn  İcra Hakimiyyətinin başçısı Rəfael Babayev deyib.

İcra başçısı qeyd edib ki, 2020-cu ilin ötən dövründə rayonda əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı sayəsində bu sahəyə maraq xeyli artıb. 1563 hektar sahədə taxıl əkini keçirilib. 440 hektar sahədə kartof, 162 hektar sahədə tərəvəz, 10 hektar sahədə bostan əkinləri aparılıb. Yaşıllaşdırma tədbirləri də davam etdirilib. 13,5 hektar sahədə yeni bağ salınıb.

Müşavirədə digər sahələrin də müqayisəli təhlili aparılaraq rayonda bütün sahələrdə irəliləyişə nail olunduğu diqqətə çatdırılıb.

Rəfael Babayev bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sessiyasında mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşlarla işlərin  gücləndirilməsi, müraciətlərə vaxtında baxılması və müvafiq köməklik göstərillməsi, abadlıq-təmizlik işlərinə nəzarət olunması tapşırılıb. Bildirilib ki, əkinəyararlı torpaqların təyinatı üzrə səmərəli istifadə olunmasına  nəzarətin  gücləndirməsi, suvarma mövsümünün mütəşəkkil keçirilməsinin təmin edilməsi, suvarma suyunun bölgüsünə və ondan səmərəli istifadə olunmasına, torpaqların şoranlaşmasına və eroziyasının qarşısının alınmasına nəzarətin gücləndirilməsi də qarşıya qoyulan vəzifələrdir. 

Qeyd olunub ki, 2020-cu ilin ikinci yarımilində verilən tapşırıqların icrası  istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcək.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: