Ötən yarımildə Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb.

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Rasim Hüseynov   bildirib ki, 2020-ci ilin birinci yarısı Babək rayonu üçün olduqca əlamətdar olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 12 iyun tarixdə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, rayonun Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə isə qəsəbə statusları verilib.

Bu dövrdə rayon ərazisində aparılan tikinti-quruculuq  işlərindən danışan icra başçısı qeyd edib ki, Babək şəhərində Babək Rayon Baytarlıq İdarəsinin yeni inzibati binası istifadəyə verilib,  rayonda Suni Mayalanma Mərkəzi yaradılıb. Hazırda Babək şəhərində bazar kompleksinin,  rayonun Nəcəfəlidizə kəndində kənd və xidmət mərkəzlərinin, həmçinin kənd tam orta məktəb binalarının tikintisi, avtomobil yolunun isə yenidən qurulması davam etdirilir. O cümlədən Şıxmahmud və Qaraqala kəndlərində mərasim evləri tikilir, Babək şəhərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir. Eləcə də rayonun Babək şəhərinə içməli su və kanalizasiya xətləri çəkilib, Nehrəm qəsəbəsi və Araz kəndlərində bu işlər davam etdirilir.

Bildirilib ki, kənd təsərrüfatının inkişafı ötən illərdə olduğu kimi 2020-ci ilin birinci yarısında da diqqət mərkəzində saxlanılıb. 2020-ci ilin məhsulu üçün 16 min 172 hektar sahədə əkin aparılıb. Bunun 11 min 767 hektarını taxıl sahəsi təşkil edir.

Vurğulanıb ki, ötən altı  ayda  69 milyon 385 min manatlıq sənaye məhsulu istehsal olunub. Müxtəlif sahələr üzrə yaradılan ailə təsərrüfatlarının sayı 177-yə çatdırılıb, 2020-ci ilin 6 ayı ərzində 244 işaxtaran vətəndaş daimi işlə təmin edilib. Rayonun yol infrastrukturu da diqqətdə saxlanılıb, eyni zamanda təhsil, səhiyyə, mədəniyyət  sahələrində uğurlu nəticələr əldə olunub.

                                                                   Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: