Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi məlumat verir ki,  Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində keçirilən iclasda xidmətin rəisi Bəxtiyar İsmayılov məruzə edib.

Xidmət rəisi  bildirib ki, cari ilin ötən dövrü ərzində idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan məhsullarda 21 halda laboratoriya  analizləri aparılıb, nəticələrin neqativ olduğu müəyyən edilib.   

Muxtar respublikada fəaliyyət göstərən ticarət, ictimai iaşə və xidmət sahələrində istilik sobalarından təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə monitorinqlər aparılıb.  Diqqətə çatdırılıb ki,  Muxtar Respublikada ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması istiqamətində təsərrüfat subyektləri ilə abonent müqavilələri bağlanıb. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilib. Hesabat dövründə həmin mağazalar şəbəkəsinə 460 min  manata yaxın ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilib.

Xidmət tərəfindən qida məhsullarının keyfiyyət standartlarına əməl edilməsi ilə bağlı görülən işlərə diqqət çəkən Bəxtiyar İsmayılov qeyd edib ki, sözügedən dövrdə ümumilikdə məhsulların 746 halda, o cümlədən qida məhsullarının 716 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunub, bu istiqamətdə nöqsan aşkar edilməyib.

Cari ilin ilk altı ayı ərzində ümumilikdə muxtar respublika üzrə 17 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməkliklər göstərilib.

Spirtli içki istehsalı ilə məşğul olan 12 ailə təsərrüfatında mini filtr qurğusunun quraşdırılması təmin edilib və müvafiq ailə təsərrüfatlarının sayı 32-yə çatdırılıb.

Xidmət sədri bildirib ki, 2020-ci ilin ilk altı ayı ərzində ümumilikdə texniki normativ hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan 1897 manat dəyərində keyfiyyətsiz məhsullar satışdan çıxarılıb. Vaxtı keçmiş məhsulların satışının qarşısının alınmasına nəzarətin gücləndirilməsi istiqamətində kompleks tədbirlər icra olunub.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər texniki tənzimləmə və standartlaşdırma  və patent sahələrinin işi barədə ətraflı məlumat veriblər.

Bəxtiyar İsmayılov vurğulayıb ki, Xidmət tərəfindən 2020-ci ilin ikinci yarımilində də qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələr çərçivəsində müvafiq işlərin icrası üçün bütün lazımi tədbirlər görülməlidir.

Sonda iclasın qərar layihəsi qəbul edilib.

                                                                       Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: