Arpaçayın suyu ekoloji tələblərə cavab verir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksində və Arpaçay Su Anbarında ekoloji monitorinq aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu qənaətə gəliblər .

Belə ki, nazirliyin əməkdaşları Arpaçaydan və su anbarından nümunələr götürüb, konduktometr və oksimetr cihazları vasitəsilə ilkin analizlər aparıblar. Yerində aparılan analizlərə görə suyun tərkibinin ekoloji tələblərə cavab verməsi müəyyən edilib. Digər kimyəvi analizlərin isə nazirliyin labarotoriyasında aparılması nəzərdə tutulub.

Şərur rayon Gigiyena və Epidemiologiya  şöbəsinin əməkdaşları da təlimata uyğun olaraq əhəngli, xlorlu məhlul vasitəsilə dərmanlama və dezinfeksiya işləri aparıblar. Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksində həyata keçirilən dezinfeksiya tədbirləri təbii ki, insanların sağlamlığının qorunması sahəsində həyata keçirilən ekoloji tədbirlərin məntiqi davamıdır.

Məhəməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: