Naxçıvanda avqust ayının hava proqnozu açıqlanıb

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2° aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və 1° aşağıdır. Gecələr havanın temperaturunun 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 36-40° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-10 millimetr) olacağı ehtimal edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: