Şahbuzda Naxçıvanbank ASC üçün bina inşa olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda Naxçıvanbank Açıq Səhmdar Cəmiyyətinin Rayon Filalı üçün yeni binanın inşasına başlanılıb.

Şahbuz şəhərinin Heydər Əliyev prospektində inşa olunan bina iki mərtəbədən ibarət olacaq. Hazırda binanın təməlində beton qəlib və hörgü işləri görülür. Bina istifadəyə verildikdən sonra filalda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Şərur və Kəngərli rayonlarında da Naxçıvanbankın filialları üçün yeni binalar istifadəyə verilib.

 

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: