Avqustun 31-dək ölkə ərazisinə yerüstü və hava nəqliyyatı vasitəsilə giriş-çıxışa icazə verilməyəcək
Avqustun 31-i saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa (xüsusi və çarter reysləri istisna olmaqla) icazə verilmir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.