Gənclər Ordubadda ekskursiyada olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvanı tanıyaq və tanıdaq” devizi altında gənclərin Ordubad rayonunun tarixi abidələrinə ekskursiyası təşkil olunub. Ekskursiyada Şahbuz və Ordubad rayonunun gəncləri iştirak edib.

Rayon Tarix-Diyarşünaslıq muzeyində olan gənclərə Qeysəriyyə haqqında ətraflı məlumat verilib. Bildirilib ki,  muzeydə 4000-dən artıq eksponant sərgilənir.

Dünya şöhrətli alim Yusif Məmmədəliyevin ev muzeyində ziyarətçilər akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, həmçinin şəxsi əşyalarından ibarət eksponatlarla tanış olublar.

Məhəmməd Tağı Sidqinin  ev muzeyində qonaqlara məlumat verilib ki, burada maarifpərvər ziyalımızın həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, eksponatlar yer alır.

Məmməd Səid Ordubadinin ev muzeyinin bələdçisi vurğulayıb ki,  muzey Ordubadinin anadan olduğu evdə 100 illik yubileyi münasibəti ilə yaradılıb.  Burada  ədibin müxtəlif illərə aid portretləri, əlyazmaları və xatirə əşyaları qorunub saxlanılır.

Gəzinti Şahbuz və Ordubad Rayon Gənclər və İdman İdarələrinin,  eyni zamanda YAP Ordubad və Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: