Uzunoba gölü ətrafında təmizlik aksiyası - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Uzunoba su anbarı ətrafında gənclərin iştirakı ilə təmizlik aksiyası keçirilib. Aksiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil Nazirlikləri və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən əvvəl çıxış edənlər bildirib ki, belə aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, çimərlik ərazilərinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan iştirakçılar tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: