“Şərq qapısı” qəzetində ötən 6 ayda görülən işlər müzakirə olundu

A- A A+

Hesabat dövründə nəzərdə tutulan ənənəvi rubrikalarla yanaşı 30-dan artıq dövlət proqramlarının icrası ilə bağlı 20-dən artıq məqalə, müxtəlif əlamətdar tarixi günlərlə bağlı 34 tematik material işıq üzü görüb. Kənar müəlliflərin 100-dən çox məqaləsi, mətbuat xidmətlərinin isə 500-ə yaxın materialı dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Şərq qapısı” qəzetində 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən  iclasda qəzetin baş redaktoru Mehriban Sultanova danışıb.

“Hesabat dövründə qəzet fəaliyyətini Ali Məclis Sədrinin müasir jurnalistikanın qarşısında duran tələblərlə əlaqədar verdiyi tövsiyə və tapşırıqlar əsasında qurmağa çalışıb”,-deyən baş redaktor bildirib ki, cari ilin 6 ayı ərzində “Şərq qapısı” qəzetinin 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı statistik məlumatlardan bəhs edən  12 səhifəlik bir nömrə də daxil olmaqla 101 nömrəsi işıq üzü görüb.

Cari ilin 6 ayı ərzində  “Şərq qapısı” qəzetinin saytında 3000-ə yaxın material yerləşdirilib.

Mehriban Sultanova çıxışının sonunda bildirib ki, “Şərq Qapısı” ilin ikinci yarımilində də muxtar respublikanın qədim və zəngin tarixinin, müasir sosial-iqtisadi inkişafının, milli-mənəvi dəyərlərinin, zəngin turizm potensialının, elm, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı uğurlarının fəal təbliğatçısı olacaq, dövrümüzün mətbu salnaməsinin  yazılmasında əzmkarlıqla çalışacaq.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov muxtar respublikanın kütləvi informasiya vasitələrinin diyarımızın sosial-iqtisadi inkişafında, milli dəyərlərin yaşadılmasında, Naxçıvan həqiqətlərinin dünyaya çatdırılmasında, Naxçıvanın bir turizm məkanı kimi tanıdılmasında, müasir informasiya cəmiyyəti quruculuğunda, vətəndaşların informasiyaya olan tələbatının ödənilməsindəki fəal rolundan danışıb.

Vurğulayıb ki, bu gün muxtar respublikada elektron medianın inkişafı sahəsində mühüm tədbirlər görülür,  gənc jurnalist kadrların hazırlanmasına xüsusi diqqət yetirilir, mətbuat orqanlarında çalışan əməkdaşların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

İclasda məruzə ətrafında qəzet əməkdaşlarının çıxışları dinlənilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: