Erməni cinayətlərini ifşa edən www.armenianissue.info saytı beş dildə fəaliyyətə başlayıb

A- A A+

Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası (MAJL) İctimai Birliyinin həyata keçirdiyi “Ermənistanda ortaya çıxarılan yeni sənədlərdə erməni cinayəti, satqınlığı və vəhşiliklərinin ifşası” mövzusunda beynəlxalq konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə beş dildə fəaliyyət göstərəcək www.armenianissue.infosaytının təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Əvvəlcə türkiyəli tarixçi-alim Sərdar Kozan layihənin əhəmiyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, təcavüzkar Ermənistan dövlətinin və erməni millətçilərinin Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialarda olduqları bir vaxtda www.armenianissue.info saytının Azərbaycan, türk, rus, ingilis və erməni dillərində fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır.

Sonra MAJL İctimai Birliyinin sədri, professor Qafar Çaxmaqlının mövzu ilə bağlı məruzəsi olub. Ermənistanın arxivlərində ayrı-ayrı dövrlərə aid bir çox sənədlərin üzə çıxarılması nəticəsində onları əldə etmək imkanlarından danışan alim erməni dilində olan bu sənədlərin tərcümə edilib beynəlxalq ictimaiyyətə çatdırılmasının əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Layihə rəhbəri deyib ki, bu sənədlərin bir neçə dilə tərcümə edilərək yayılması bu günə qədər bilinməyən həqiqətləri ortaya çıxarır, yeni ifşa imkanları yaradır. Qeyd edib ki, “erməni məsələsi“ ilə bağlı birinci dərəcəli əhəmiyyət kəsb edən materialları, o cümlədən kitabları, arxiv sənədlərini və məqalələri insanlara çatdırmaq üçün yaradılan internet saytı böyük imkanlara malikdir.

Qafar Çaxmaqlı diqqətə çatdırıb ki, Ermənistan dünyanın müxtəlif ölkələrində Azərbaycana və Türkiyəyə, eləcə də xalqlarımıza qarşı ideoloji təxribatları, informasiya müharibəsini davam etdirməkdədir. Bu təxribatların qarşısını almaq üçün son illər Azərbaycanda dövlət səviyyəsində qeyri-hökumət təşkilatlarına, dərnək və araşdırma mərkəzlərinə dəstək verilir. Erməni təbliğatına qarşı onların öz mənbələrindən, özlərinin yazdıqları əsərlərdən yararlanmaq səmərəli mübarizə metodudur. Son zamanlar Ermənistanda “çox gizli” qrifi ilə ortaya çıxarılan sənədlər ifşa materialı kimi əlimizdə əhəmiyyətli dəlillər kimi mövcuddur.

Sonra iştirakçılar www.armenianissue.info saytı ilə tanış olublar.

İbrahim Yıldız, Erdem Yeşilyurt, Mahmut Comert, Mehmet Kalabalık və başqaları müasir dövrdə internet saytlarının intellektual və ideoloji mübarizədə daha səmərəli metod olduğunu vurğulayıb, saytın yaradıcılarına bəzi əhəmiyyətli tövsiyələrini veriblər. Əminliklə bildiriblər ki, ziyalılar, eləcə də gənclər www.armenianissue.info internet portalının fəaliyyətində yaxından iştirak edəcəklər.

Sonra alimlər mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: