Naxçıvanda tütün əkini başladı

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Kəhraba” nümunəvi fermer təsərrüfatında  2 hektar sahədə tütün ştili  əkilib.

Əkini “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri  Türkiyədən dəvət olunan mütəxəssislərlə birlikdə müasir  texnikaların köməyi ilə həyata keçiriblər. Sahələrə əsasən, məhsuldar sayılan  “Oriental” tütün sortu əkilib.

Qeyd edək ki, ötən ildən başlayaraq muxtar respublikada tütün əkilir. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, 11 tondan artıq   quru tütün istehsal olunub. Bu isə torpaq mülkiyyətçilərin və sahibkarların bu sahəyə marağını artırıb.“Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti torpaq mülkiyyətçilərinin  yetişdirdikləri tütünü münasib qiymətlərlə qəbul edir. Yüksək istehsalı ilə fərqlənən  cəmiyyətdə bazarın tələbatına uyğun olaraq bu gün 11 növdə filtrli siqaret istehsal olunur. Bu məhsulların  10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: