Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ilin mart ayından etibarən Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsi həyata keçirilir.
Rayonun bütün yaşayış məntəqələrini əhatə edən layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qarağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaq. Hazırda rayonda işlər davam etdirilir. Bu günə qədər 134,5 kilometr su şəbəkəsi, 6,7 kilometr təzyiqli boru xətti olmaqla, ümumilikdə 141,2 kilometr içməli su, 112 kilometr isə kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb.
Mahmud Hüseynov