Muzeyin 20 illiyi qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məməqduluzadənin Ev Muzeyinin 20 illiyinin qeyd olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edib.  Bildirib ki, muzey ulu öndər Heydər Əliyevin  1998-ci il 19 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərində  yaradılıb. 

Sonra “Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi və təbliğində ev muzeyinin rolu”, “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, “Cəlil Məmmədquluzadənin Ev Muzeyinin fəaliyyəti” mövzularında çıxışlar dinlənilib. 

Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları ədibin felyetonları əsasında hazırladıqları kompozisiyanı təqdim ediblər.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

Aygün Hüseynli 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: