Muxtar respublikada qanunvericiliyin tələbləri diqqət mərkəzində saxlanılır

A- A A+

Ötən ay Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant vəzifələrinin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanları keçirilib.Bu barədə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir.

Həmçinin şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə 20 iyul 2020-ci il tarixdə şahmat fənnini tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiyası keçirilib. Komissiyanın test mərkəzində keçirilən sertifikasiya imtahanında 20 müəllim iştirak edib. Test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandırmış 18 nəfər müvafiq keçid balını toplayıb.

İyul ayında Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant vəzifələrin tutulması üçün və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrə sənəd qəbulunu davam etdirib. 15 iyul 2020-ci il tarixdə müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə 193 vakant vəzifə çıxarılıb və sənəd qəbulu 17 avqust 2020-ci il tarixədək davam edəcəkdir. 29 iyul 2020-ci il tarixdə dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə 20 vakant vəzifə çıxarılıb. Müsabiqəyə sənəd qəbulu 31 avqust 2020-ci il tarixədək davam edəcəkdir.

Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 21 namizəddən 2-si işlə təmin olunub. Keçirilən bütün tədbir, seminar və test imtahanlarında sosial məsafə qorunmuş, tibbi maskalardan istifadə olunmuş və digər sanitar-gigiyenik tələblərə əməl edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: