Püstə bağlarına qulluq göstərilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən püstə bağlarında dərmanlama işləri həyata keçirilib.

Nazirliyin əməkdaşları bağda olan alaq otlarını təmizləyib, zərərverici həşəratlara və çəyirtkələrə qarşı profilaktik tədbirlər aparıb. Ağaclar texniki vasitələrlə dərmanlanıb.

Qeyd edək ki, bağ məhsulları arasında püstə kimi heç bir məhsul yüksək iqtisadi səmərəliliyə malik deyil. Püstə ağacı susuzluğa ən çox davam gətirən bitkidir. Əsasən şoran sahələrdə əkilir. 2015-ci ildə ilk dəfə olaraq muxtar respublikada püstə bağları salınıb. 100 hektarlıq sahədə 35 mindən çox püstə ağacı əkilib. Bu gün isə ağaclar məhsul verir.

Ağacın digər özünəməxsus xüsusiyyəti odur ki, uzun illər suvarılmasa belə, təbii şəkildə  özünü qoruyaraq qurumur.

Səftər Sadiqov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: