Qazançı kəndi abadlaşır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Qazançı kəndində  kompleks quruculuq işləri davam etdirilir. Burada 216 şagird yerlik 3 mərtəbəli məktəb binası tikilir. Məktəbdə 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, komputer otağı, hərbi kabinə, kitabxana və idman zalı yaradılır. 

Kənddə inşa olunan xidmət mərkəzində isə əhaliyə müxtəlif  ticarət və  məişət xidmətləri göstəriləcək. 

Qazançıda kənd mərkəzi də yenidən qurulur. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə  dövlət qurumlarının səmərəli fəaliyyəti üçün  lazımi şərait yaradılır. Burada fəaliyyət göstərəcək həkim ambulatoriyası kənd əhalisinin keyfiyyətli səhiyyə  xidmətindən yararlanmasına imkan  verəcək.

Qeyd edək ki,  kənddə tarixi memarlıq  abidəsi olan Qazançı körpüsü də bərpa olunur. Körpü yonulub hamarlanmış daş parçalarından tikilib. Hazırda  körpüdə bərpa işləri  aparılır.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: