Muxtar respublikada əhaliyə yüksək səviyyəli rabitə xidməti göstərilir

A- A A+

Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin iyul ayında da davam etdirilib.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay  muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində 181 sakinə yeni sabit şəbəkə telefon xətti çəkilib

İnternet istifadəçilərinin  keyfiyyətli internetlə təmin edilməsi diqqət mərkəzində saxlanılıb, ay ərzində 597 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub.

Həmçinin “Evədək optika” layihəsi çərçivəsində 6 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib və zəruri texniki avadanlıq quraşdırılıb.

Nazirlik  tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılıb, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara, ümumilikdə 39 qrup olmaqla 284 dinləyici cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: