Qədim türk xalqlarının tarixindən bəhs edən əsər onlayn müzakirə olunub

A- A A+

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən kitabxana əməkdaşları və fəal oxucuların iştirakı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Faruk Sümerin “Oğuzlar” kitabının onlayn müzakirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, onlayn müzakirəni M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq iştirakçılara “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamın əhəmiyyətindən danışıb.

Bildirilib ki, məşhur türk tarixçisi, professor Faruk Sümerin bu əsərində Oğuzların həyatı, məişəti, bir etnos kimi ən qədim zamanlardan təşəkkül tapması, dövlət qurma bacarığı öz əksini tapıb.

Çıxış edənlər vurğulayıb ki, məşhur tarixçinin şah əsəri sayılan “Oğuzlar” əsəri bütün dünyada oğuzlar haqqında yazılmış ən gözəl kitablardan biridir. Müəllif bu kitabı yazarkən ərəb və fars dillərindəki qədim mənbələrə, qərb səyyahlarından Marko Polo, Rubruk, Nibur, Klavixo kimi şəxsiyyətlərin əsərlərinə, eləcə də çağdaş tarixçilərin bu dövr və mövzu ilə bağlı araşdırmalarına, təqribən 400 adda elmi ədəbiyyata müraciət edib.

Sonra əsər ətrafında müzakirələr olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: