Biçindən sonra taxıl sahələrinin yandırılması yolverilməzdir - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin təşkilatçılığı ilə baş tutan eyni adlı seminar-müşavirə Ordubad rayonunun Dəstə kəndində keçirilib.                               

Tədbirdə çıxış edənlər bildirib ki, ot-taxıl biçini dövründə fərdi yaşayış evlərinin həyətyanı ərazilərinə ot-saman tayalarının yerləşdirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına  riayət olunmalıdır.

Həmçinin ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri haqqında da dinləyicilərə məlumat verilib.

Seminar-müşavirənin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tövsiyə xarakterli  yaddaş kitabçaları təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: