Muxtar respublikanın vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 102 faiz icra edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində 2020-ci ilin birinci yarısında görülmüş işlərin müzakirəsi zamanı Xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev səsləndirib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 116,9 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsi üzrə proqnoz isə 110,9 faiz icra olunub. “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövründə 15 kommersiya hüquqi şəxs və 7 publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 6 qeyri-kommersiya  hüquqi şəxs vergi uçotuna götürülüb. Həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1223 fiziki şəxs sahibkarlıq uçotuna alınıb ki, qeydiyyata alınan sahibkarlıq subyektlərinin 75,7 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

Azər Nağıyev qeyd edib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında tapşırıb ki, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti tədiyyə növləri üzrə vergi və rüsumların vaxtında toplanaraq büdcəyə köçürülməsinə nəzarəti artırmalı, dövlət büdcəsinin  proqnoz göstəricilərinin  icrası təmin edilməlidir. Dövlət Vergi Xidməti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birgə muxtar respublikada nağdsız ödəniş dövriyyəsinin artırılması məqsədilə  tədbirlər görməli, kreditlərin təyinatı üzrə istifadəsinə diqqət artırılmalıdır.

Xidmət rəisi bildirib ki, verilmiş tapşırıqların icrası vaxtında təmin olunacaq. 

İclasda çıxış edən xidmət rəisinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov nəzərə çatdırıb ki, hesabat dövründə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş 2163 yazılı müraciət cavablandırılıb, vergi ödəyicilərinin və eyni zamanda muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində vergi ödəyiciləri ilə 11 görüş keçirilib. Vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə onların elektron ünvanına ümümilikdə 84 min 940 ədəd bildiriş və müraciətlər göndərilib.

Hesabat dövrünə uyğun olaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilib, 426 vətəndaşa 25 min manatlıq müxtəlif hədiyyələr təqdim edilib.

İclasda Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi Rəşad Əliyev və

Şərur Rayon Vergilər İdarəsinin rəisi Rəfail Əliyev çıxış edərək ilin birinci yarısının yekunları barədə məlumat veriblər.

Sonda müzakirə olunan məsələ barədə qərar qəbul edilib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: